Göygöldə yas mərasimində kütləvi zəhərlənmə baş verib.
Leqal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.
Məlumata görə, 40-dan çox insan qidadan zəhərlənib.
Hadisə yerinə Göygöl Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub.
Məlumata görə, Gəncə şəhərindən də hadisə yerinə Təcili Tibbi Yardım briqadaları yollanıb. Zəhərlənmənin vətəndaşların özləri ilə mərasim evinə gətirdiyi qidaların səbəb olduğu ehtimal edilir.