Həmkəndlisini öldürüb özünə qəsd etdi

Həmkəndlisini öldürüb özünə qəsd etdi
  • Hadisə / Maraqlı

  • Astarada güllələnmə hadisəsi qeydə alınıb.

    Leqal.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Şüvi kəndində baş verib.

    Belə ki, kənd sakini 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib.

    Daha sonra o, özünə baş nahiyəsindən atəş açıb. 

    B.İsrafilov ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

    Onun vəziyyəti ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    DİN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, iyunun 29-u saat 22:00 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər