Laçında hərbi nəqliyyat vasitəsi qəzaya düşdü

Laçında hərbi nəqliyyat vasitəsi qəzaya düşdü
  • Hadisə / Maraqlı

  • Laçında hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

    Bu barədə Leqal.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

    Bildirilib ki, rayonun çətin relyefli dağlıq ərazisində hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

    Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

    Allah rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər