Sabirabadda azyaşlı qızını evlənməyə məcbur edən ata həbs edildi

Sabirabadda azyaşlı qızını evlənməyə məcbur edən ata həbs edildi
  • Hadisə / Maraqlı


  • Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib. 

    DİN-in mətbuat xidmətindən Leqal.az-a bildirilib ki, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib.

    Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

    Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər