Faciəvi şəkildə ölən cütlüyün

Faciəvi şəkildə ölən cütlüyün
  • Hadisə / Maraqlı

  • Xəbər verdiyimiz kimi, ötən gün Qobustanda 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.

    Leqal.az qafqazinfo-ya-a istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən iki nəfər - 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş.

    Faciəvi şəkildə ölən cütlüyün fotosu sosial şəbəkələrdə yayılıb.
    Qeyd edək ki, ötən gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində “Kia” markalı minik avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Adıçəkilən cütlüklə yanaşı, 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova və bir azyaşlı ölüb. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər