Qobustanda dəhşətli qəza - 5 nəfər öldü

Qobustanda dəhşətli qəza - 5 nəfər öldü
  • Hadisə / Maraqlı

  • Bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Leqal.az xəbər verir ki, “Kia” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə aşıb.

    İlkin məlumata görə, avtomobildə olan 5 nəfər ölüb. Onlardan ikisi qadın, üçü isə kişidir.

    Hadisə yerinə DYP və təcili yardım əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

    ***
    DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər