Bakıda 23 yaşlı qız əməliyyatdan sonra komaya düşüb öldü

Bakıda 23 yaşlı qız əməliyyatdan sonra komaya düşüb öldü
  • Hadisə / Maraqlı

  • Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.

    Leqal.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq dünən vəfat edib.

    Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki "Medicare" özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, Arzu Əzimova 2 uşaq anası olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər