Masazırda yolun kənarında körpə meyiti tapılıb.
Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. Belə ki, ilkin məlumata görə, sellofan torpaya qoyularaq küçəyə atılan uşaq tapılanda artıq ölmüş vəziyyətdə olub.
Ətraflı
Hadisə şahidləri bildirib ki, yenidoğulmuş körpə maşınların sürətlə irəlilədiyi yolun kənarında aşkarlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Müəllif: Mənbə/Qafqazinfo