“Sədərək”dəki yanğın qəsdən törədilib - Həbs olunan var

“Sədərək”dəki yanğın qəsdən törədilib - Həbs olunan var
  • Hadisə

  • Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı birgə məlumat yayıb.

    LEQAL.AZ xəbər verir ki, ilkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanılıb.

    İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub.

    Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər