Bu gün saat 16 radələrində Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.
Təhlükəsizlik tədbirləri görülür.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.