Bakıda yaşayış binasında yanğın nəticəsində 1 nəfər yaralanıb - DİN

Bakıda yaşayış binasında yanğın nəticəsində 1 nəfər yaralanıb - DİN
  • Hadisə

  • Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğında 1 nəfər yüngül xəsarət alıb, ölüm yoxdur.

    Daxili İşlər Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, ərazidə Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Sakinlərin təhlükəsizliyi təmin edilib.

    Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər