Azərbaycana istirahətə gəlmiş İsrail vətəndaşı avtomobildə ölüb

Azərbaycana istirahətə gəlmiş İsrail vətəndaşı avtomobildə ölüb
  • Hadisə

  • Azərbaycanda İsrail vətəndaşı ölüb.

    LEQAL.AZ Report-a istinadən xəbər verir ki, hadisə avqustun 28-də Abşeron rayonu ərazisində qeydə alınıb.

    Belə ki, 1952-ci il təvəllüdlü, İsrail vətəndaşı Xoroşin Lev Moiseyeviç ailəsi və dostları ilə icarəyə götürdüyü "Mercedes-Benz Sprinter" markalı avtomobil ilə Quba rayonundan
    istirahətdən qayıdarkən özünü pis hiss edib. Quba-Bakı yolunun 23 km
    yerləşən Saray YPX Postuna çatanda yaxınlarının təcili tibbi yardım xidmətini çağırmalarına baxmayaraq saat 23:30-da avtomobildə ölüb.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər