Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, hadisə Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü S. Gülşən mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.