İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı
  • Hadisə

  • İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. LEQAL.AZ report-a istinadən xəbər verir ki, hadisə Şahverdili kəndində qeydə alınıb.

    Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

    Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisənin təfərrüatı araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər