Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Bakı şəhərinin Nərimanov rayonunda birmərtəbəli fərdi yaşayış evinin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Görülən tədbirlər nəticəsində meyit aşağı düşürərək aidiyyəti üzrə təhvil verilib.