AzTV-nin əməkdaşı qəfil vəfat etdi

AzTV-nin əməkdaşı qəfil vəfat etdi
  • Hadisə

  • Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Fariz Babayev 39 yaşında dünyasını dəyişib. 

    Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər. 

    Faktı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, F. Babayev bir neçə gündür məzuniyyətdə idi. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil. 

    Qeyd edək ki, F. Babayev AzTV-də operator vəzifəsində çalışırdı. Ailəli idi, bir övladı var. 

    PAYLAŞ:

    Oxşar xəbərlər