Günlərdir mediada həkim-ginekoloq Xalidə Kəngərlinin intiharı ilə bağlı müzakirə səngimir.
TV Müsavat ilk gündən etibarən hadisənin detallarınə araşdırmaq üçün həkimin intihar etdiyi binadakı qonşuları, həmkarlarından müxtəlif rəylər alıb. Bu dəfəki müsahibimiz isə X.Kəngərlinin qardaşı Elçin Vəliyevdir.
O, TV Müsavata müsahibəsində bacısının intihar etdiyi günlə bağlı bəzi detalları açıqlayıb. Belə ki, həyat yoldaşı ilə uzun müddətdir problemlər yaşayan həkim həmin gün uşaqlarını və əşyalarını götürüb o evdən çıxmalı idi. Qardaşı bildirir ki, bütün hazırlıqlar tamamlanıbmış və qardaşları olaraq ondan gələcək zəngi gözləyirdilər: "Biz ondan zəng gözləyirdik ki, gedək bacımızı götürək. Hər şey danışılmışdı, əşyalarını və uşaqları götürüb evdən çıxacaqdı. Amma həmin gün bizə o, yox, əri zəng elədi. Və dedi ki, Xalidə intihar edib".
E.Vəliyev həmçinin bacısının intihar etdiyinə inanmadığını da bildrib. Onun sözlərinə görə, əlində olan bir neçə sübutlar və məlumatlar bacısının intihar etmədiyi ilə bağlıdır. Müsahibimiz bildirib ki, onu intihara məcbur ediblər və yaxud hadisəyə intihar donu geyindirilib: "İstintaqın işinə qarışmaq istəmirəm. Amma bizim də əlimizdə şübhələnmək üçün ciddi əsaslar var".
E.Vəliyev bildirib ki, hadisə baş verən gün həyat yoldaşı əlində içki qədəhi ilə foto çəkdirərək, bunu X.Kəngərliyə göndərib: "Onsuz da onun əvvəldən də içki problemi var idi. Həmin gün də içki içib və şəklini də Xalidəyə göndərib. Xalidə də həmin vaxt işdə olub. Ordakı bir rəfiqəsinə şikayətlənib ki, bu adam yenə də içib. Ondan sonra evə gedib və nə baş veribsə evdə baş verib".
Müsahibənin videoversiyasını təqdim edirik:
Sonxeber.az