Bakının Sabunçu rayonunda intihar hadisəsi olub.
Leqal.Az-ın məlumatına görə, Maştağa qəsəbə sakini, 42 yaşlı Zümrüd Məmmədova yaşadığı evdə özünü öldürmək üçün sirkə turşusu içib. Ailə üzvləri hadisədən xəbər tutduqları üçün o dərhal xəstəxanaya yerləşdirilib.
Burada həkimlərin müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Z.Məmmədovanın hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır./lent/az