Mayın 26-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlunun həmin gün özünü asaraq öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun mətbuat xidmətindən daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.
Hazırda Füzuli hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur.
18:08
May ayının 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən kənarda intihar edib.
Bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.
Xəbərə görə, ilkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
www.Leqal.Az