Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.
Leqal.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü Orucov İlqar özünü narahat hiss etdiyindən avtobusu saxlayıb.
Sonradan onun sükan arxasında öldüyü məlum olub.
İlkin məlumata görə sürücü infarkt (ürək tutmasından) keçinib.
Faktla bağlı araşdırma aparılır.
www.leqal.az