Valideynlərindən inciyən oğul onları öldürüb

Valideynlərindən inciyən oğul onları öldürüb
  • Hadisə

  • Rusiyada dəhşətli qətlin üstü açılıb.

    "Leqal.az" report-a istinadən bildirir ki, hadisə Saratov vilayətində qeydə alınıb.

    İstintaqın məlumatına görə, martın 7-nə keçən gecə şəhərin Engels şəhərinin Lenin küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında 34 yaşlı kişi 56 yaşlı atası və 57 yaşlı anasının mənzilinə qonaq gedib. Valideynlərinə qarşı uzun müddət davam edən incikliyinə görə, toxmaq ilə silahlanmış oğul əvvəlcə atasının yatmağını gözləyib.

    Yatmış atasının başına toxmaq ilə çoxsaylı zərbələr vuran oğul daha sonra onu boğub. O, anasını da eyni şəkildə qətlə yetirib. Cinayətin izlərini gizlətmək üçün isə valideynlərinin cəsədlərini eyvana aparıb.

    Cinayətin üstü qohumların polisə müraciətindən sonra açılıb. Belə ki, övladı tərəfindən öldürülən valideynlər axtarışa verilib. 2022-ci il aprelin 10-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həlak olanların meyitləri aşkar edilib. Rusiya Daxili İşlər Nazirliyinin Saratov vilayəti üzrə Baş İdarəsinin əməkdaşları 34 yaşlı cinayətkarın yerini müəyyən edərək saxlayıblar. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər