Ağsuda intihar hadisəsi qeydə alınıb.
“Leqal.az”ın məlumatına görə, hadisə rayonun Muradlı kəndində baş verib.
1989-cu il təvəllüdlü Fəzail Qaçayev özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.
Ailə üzvlərinin bildirdiyinə görə, ailəli, iki azyaşlı uşaq atası olan F.Qaçayev xəstəlikdən əziyyət çəkib.
Hadisədən əvvəl o, evdə şam yeməyi yeyib və həyətə düşəcəyini bildirib. Daha sonra Fəzailin geri qayıtmadığını görən yaxınları narahat olublar və həyətə baxış keçirərkən onun çardaqdan özünü asdığını görüblər.qafqazinfo
Faktla bağlı araşdırmalar aparılır.