Bakıda küçəyə atılan körpə meyitinə görə anası SAXLANILDI

Bakıda küçəyə atılan körpə meyitinə görə anası SAXLANILDI
  • Hadisə

  • Bakıda meyiti küçəyə atılan uşağın anası saxlanılıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 31 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon Prokurorluğunda cinayət işi başlanılıb. 


    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) CM-in 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə istintaq davam edir.

    Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılmışdı.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər