Qazaxda zəhərlənmə hadisəsi baş verib.
"Leqal.az" Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində bütöv bir ailə zəhərlənib.
Belə ki, rayon sakinləri 1985-ci il təvəllüdıü Tural Mahmudov, onun həyat yoldaşı 1990-cı il təvəllüdıü Lamiyə Mahmudova və onların övladları 10 yaşlı Yağmur ilə 7 yaşlı Sahil yatdıqları otaqda dəm qazından zəhərləniblər.
Onlar dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətləri kafi qiymətləndirilir.