Tağı Əhmədova qarşı iki milyon manatlıq dələduzluq edən sabiq polis AXTARIŞDA

Tağı Əhmədova qarşı iki milyon manatlıq dələduzluq edən sabiq polis AXTARIŞDA
  • Hadisə / Maraqlı


  • Q.Muxtarov istintaqdan yayındığı üçün barəsində həbsli axtarış qərarı çıxarılıb.


    Yerli mətbuatın yazdığına görə, Q. Muxtarov əvvəllər Bakı şəhər Baş Polis İdarəsində çalışıb.

    Qeyd edək ki, həmin iş üzrə 3 nəfər - Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov təqsirləndirilirlər. S. Xəlilov həbsdə olsa da, digər iki nəfər məhkəmə dövründə azadlıqda olublar. Qulu Muxtarov və Sahil Abuşovun işi S. Xəlilovun işindən ayrılıb. S. Xəlilov hazırda tək mühakimə olunur.

    Təqsirləndirilənlərdən Sahil Abuşov barəsində də axtarış elan olunması ilə bağlı bir neçə gün əvvəl xəbər vermişdik.

    S. Xəlilov məhkəmədə 2 milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər