Bakıda qadınlara qarşı oğurluq olub.
"Leqal.az" Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, fevralın 24-də Bakı şəhər sakini L.Hüseynəliyevanın 3000 manat dəyərində mobil telefonu oğurlanıb.
Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon sakini N.Səlimov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini E.Abdullayevanın 3000 manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.