Ukraynanın şimalında Çerniqov şəhərində martın 3-ü Rusiya tərəfinin həyata keçirdiyi aviazərbə nəticəsində həlak olanların sayı artıb.
“Leqal.az” “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı Çerniqov vilayətinin administrasiyasının Mətbuat xidməti yayıb.
Bildirilir ki, yaşayış massivinə endirilən aviazərbə nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb. Həlak olanlardan 38-i kişi, 9-u qadındır. Bununla belə, daha 18 nəfər xilas edilib. Qafqazinfo
Qeyd edək ki, daha əvvəl hücumda 33 nəfərin həlak olduğu deyilirdi.