Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.
"Leqal.az" Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.
Kənd sakini Piriyev Piri əmisi qızı 1998-ci il təvəllüdlü Aytac Piriyevanı bıçaqla qətlə yetirib.
Qadın hadisə yerində ölüb.
Hadisənin törətməkdə şübhəli bilinən P.Piriyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.