Cəlilabadda avtomobil su kanalına aşdı, bir nəfər öldü

Cəlilabadda avtomobil su kanalına aşdı, bir nəfər öldü
  • Hadisə / Maraqlı

  • Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Leqal.az" report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetmədən çıxıb, yaxınlıqdakı su kanalına düşüb.

    Nəticədə Cəlilabad şəhər sakini, 1991-ci il təvəllüdlü Rzayev Emin Asif oğlu avtomobilin içərisində suda boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər