Cəlilabadda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub

Cəlilabadda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub
  • Hadisə

  • Cəlilabad rayonunda ağır yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.

    "Leqal" xəbər verir ki, qəza nəticəsində Cəlilabad rayon sakinləri - "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Xubalıyev Böyükxan İsrafil oğlu xəstəxanada, sərnişini Ağayeva Yaxşıxanım isə hadisə yerində ölüb.

    Qəza zamanı habelə minik avtomobilinin digər sərnişinləri, Cəlilabad rayon sakinləri - 1955-ci il təvəllüdlü Xubalıyeva Gülarə Əliyusif qızı, 1983-cü il təvəllüdlü Quliyeva Kəmalə Böyükxan qızı və 1966-cı il təvəllüdlü Muradova Səadət Həsənağa qızı xəsarət alıblar.

    Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Qeyd edək ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.

    "VAZ-2107" markalı minik avtomobili işıqlandırılmayan yolda “Kon” markalı avtomobilə çırpılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    21:00
    Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

    "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Qarazəncir kəndində qeydə alınıb.

    "VAZ-2107" markalı minik avtomobilinin yol təmiri təyinatlı “Kon” markalı avtomobilə çırpılması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

    Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər