Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Suraxanı Rayon Prokurorluğundan bildirilib.
Qeyd edilib ki, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Hadızadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.
G.Hadızadə şübhəli şəxs qismində saxlanılıb.
Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
LEQAL.AZ