Pensiyası kəsildiyi üçün baş həkimin maşınını yandırıb

Pensiyası kəsildiyi üçün baş həkimin maşınını yandırıb
  • Hadisə

  • Şəkidə 34 yaşlı kişinin Dövlət Sosial Müdafiə Fondunun şöbəsini və avtomobili yandırmağa cəhd etməsinin səbəbi bəlli olub.

    Yanvarın 25-də günorta saatlarında şəhər sakini, 1988-ci il təvəllüdlü M.Əhmədov DSMF-nin Şəki rayon şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə benzin tökərək bir hissəsini yandırıb.

    "Leqal" Qafqazinfo-ya istinadən xəbər verir ki, yanan “Nissan” markalı avtomobil Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi, 1952-ci il təvəllüdlü Akif Fəxrəddin oğlu Əsədullayevə məxsusdur.

    M.Əhmədov ona ayrılan təqaüdün dayandırılmasına görə Akif Əsədullayevi ittiham edib. Və bu iddia ilə də hadisəni törədib.

    Qeyd edək ki, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi M. Ə. Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər