Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub.
"Leqal"ın məlumatına görə, Nizami Rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R.Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır. /Apa
LEQAL.AZ