Bakı-Qazax yolunda 40 maşın toqquşdu: Ölən var

Bakı-Qazax yolunda 40 maşın toqquşdu: Ölən var
  • Hadisə

  • Bakı-Qazax magistralında 40-a yaxın maşının iştirakı ilə baş verən zəncirvarı qəza ilə bağlı yeni məlumatlar var.

    "Leqal"ın verdiyi məlumata görə, hadisə magistiralın 113 –cü km-də, Hacıqabul şəhərinin ərazisindən keçən yerdə baş verib.

    Hadisə nəticəsində 1 nəfər ölüb,15 nəfər yaralanıb.

    Hadisə yerindən foto və videonu təqdim edirik.



    11:28

    Bakı-Qazax magistralında ağır yol qəzası baş verib.

    APA-nın verdiyi məlumata görə, Bakı Qazax magistralın Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.

    İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan var.

    Əlavə məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər