Haitidə partlayış nəticəsində 60 nəfər həlak olub.
Hadisə ölkənin şimalında yerləşən Kap Aityen şəhərinin limanı yaxınlığında baş verib.
Şəhərin vitse-meri Patrik Almonorun sözlərinə görə, fövqəladə hadisədən əvvəl avtoqəza olub. Avtosisternin sürücüsü motosikletlə toqquşmadan qaçmağa çalışıb. Qəzadan sonra isə hadisə yerində olan 100-ə yaxın adam avtosisterndən axan yanacağı yığmağa çalışıb. Bu zaman da partlayış baş verib.
Yeril medianın məlumatına görə, ağır yaralanan 47 nəfər xəstəxanaya yerləşdirilib. Onlara lazımi köməklik göstərilir.
Mənbə: izvestia.ru