Yardımlı rayonunda uşaq bağçasında yanğın olub.
Bu barədə "Leqal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Çay Üzü kəndində ümumi sahəsi 200 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın mətbəxində lambirindən ibarət tavan 4 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.