Oktyabrın 29-da Metropolitendə Polis Şöbəsinin əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olan iki nəfəri müəyyənləşdirərək saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Leqal.az-a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.