Qız üstündə 27 yaşlı gənci ürəyindən vurdular...

Qız üstündə 27 yaşlı gənci ürəyindən vurdular...
  • Hadisə

  • Sumqayıtda qız üstündə qətl törədilib.

    Leqal.az-ın məlumatına görə, hadisə gecə saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.

    Şəhərin 5-ci mikrorayon ərazisində 2 nəfər arasında düşən mübahisə ölümlə nəticələnib. Sumqayıt şəhər 13-cü mikrorayon sakini 27 yaşlı Tural Abdulova mübahisə etdiyi şəxs tərəfindən bıçaq zərbəsi vurulub. Ürək nahiyəsinə nüfuz edən bıçaq zərbəsi nəticəsində T. Abdulov hadisə yerində ölüb.

    Meyit aidiyyatı üzrə təhvil verilib. Qətli törədən şəxs saxlanılıb.Faktla bağlı araşdırma aparılır./apa
    PAYLAŞ:

    Oxşar xəbərlər