Jurnalist icra başçısına məxsus restoranda döyülüb?

Jurnalist icra başçısına məxsus restoranda döyülüb?
  • Hadisə

  • Bakıda restoranda çəkiliş edən jurnalist döyülüb.

    LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

    Məlumatda iddia edilir ki, hadisə paytaxtda fəaliyyət göstərən “Dəyirman” adlı restoranda baş verib. İlkin məlumatlara görə, jurnalist restoranda canlı yayımla çəkiliş aparan zaman ona təzyiq göstərərək sağ qolunu sındırıblar. Telefonu isə əlindən alınıb.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

    Nazirlikdən Oxu.Az-a bildirilib ki, mövzu ilə əlaqədar aidiyyəti üzrə araşdırma aparılır.

    İddialara görə, sözügedən restoran Yasamal Rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənova məxsusdur.

    Yayılan iddialara aydınlıq gətirilməsi üçün Yasamal Rayon İcra Hakimiyyəti, eləcə də adıçəkilən “Dəyirman” restoranı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
    PAYLAŞ:

    Oxşar xəbərlər