Rusiyada radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapılıb

Rusiyada radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapılıb
  • Hadisə

  • Rusiyanın Xabarovsk diyarında dünən radarlardan itən “An-26” markalı təyyarəsinin qalıqları tapılıb.

    LEQAL.AZ xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

    "Ehtimala görə “Spartak” dağ-xizək bazası ərazisində təyyarənin qırıntıları aşkarlanıb. Havadakı buludluluq dağılır. Görünüş yaxşılaşır. Mi-8 eniş etməyi planlaşdırır", - mənbə agentliyə bildirib.

    Dünən axşam axtarış işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. Səhər Xabarovsk diyarına – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.

    Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.

    Təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə məlumat verilmir. 

    İlkin məlumata görə, qəzaya əlverişisiz hava şəraiti səbəb olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər