Rusiyanın Leninqrad vilayətinin Lomonosov rayonunun Qostilitsa kəndi yaxınlığında təyyarə qəzası baş verib.
LEQAL.AZ-ın əldə etdiyi məlumata görə, yüngülmotorlu “Piper” təyyarəsi havada başqa bir təyyarə ilə toqquşub. Nəticədə 3 nəfər həlak olub. Ölənlərdən ikisi kişi, biri qadındır. Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri yollanıb.
İlkin məlumata görə, qəzaya pilotun səhvi və ya texniki nasazlıq səbəb göstərilir.
Məlumata görə, yerə çırpılan “Piper” təyyarəsi özəl olub. Qəza zamanı Qostilitsa aerodromunda təlim uçuşları həyata keçirilirmiş.