Aldığı telefonu geri qaytarmaq istəyən gənc bıçaqlandı

Aldığı telefonu geri qaytarmaq istəyən gənc bıçaqlandı
  • Hadisə

  • Türkiyənin Esenyurt bölgəsində gənc bir nəfərdən aldığı telefonu qaytarmaq istəyərkən həmin şəxs tərəfindən bıçaqlanıb.

    LEQAL.AZ unikal.org-a istinadən xəbər verir ki, sürətlə qan itirən Romeo adlı xarici vətəndaş dünyasını dəyişib. 

    Bildirilib ki, sözügedən oğlan telefonu aldıqdan sonra onun qırıq olduğunu görüb, daha sonra onu qaytarmaq üçün telefonu aldığı şəxsə zəng edib. Axşam saatlarında yenidən görüşən insanlar arasında mübahisə yaranıb. Mübahisə əsnasında Romeo, telefonu qayardığı şəxs tərəfindən ölümcül bıçaq zərbələri alıb. Bıçaq zərbəsindən şoka düşən gənc, dostu ilə birlikdə hadisə yerindən qaçmağa başlayıb. 

    Xaricinin yerə yıxıldığını görən bir vətəndaş, hadisə ilə əlaqədar sağlamlıq və polis orqanlarına məlumat verib. 

    Hazırda cinayəti törədən şəxsin kimliyi araşdırılır. 
    PAYLAŞ:

    Oxşar xəbərlər