Ölkə ərazisinə külli miqdarda siqaret, dərman və civənin keçirilməsinin qarşısı alındı

Ölkə ərazisinə külli miqdarda siqaret, dərman və civənin keçirilməsinin qarşısı alındı
  • Hadisə

  • Yeddi fakt üzrə tütün məmulatlarının, dərman preparatlarının və kimyəvi maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “DAF”, üç ədəd “Mersedes-Benz” və üç ədəd “Scania” markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunublar.

    Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

    Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 11 400 ədəd müxtəlif markalı siqaret, 22 qutu dərman və 138 qram civə aşkar edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər