Bakıda qardaş qardaşı bıçaqladı

Bakıda qardaş qardaşı bıçaqladı
  • Hadisə

  • Bakıda bıçaqlanma hadisəsi baş verib.

    LEQAL.AZ  publika.az-a istinadən xəbər verir ki, hadisə Qarabağ rayonunda qeydə alınıb.

    Ələt qəsəbəsində qardaşlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

    Bıçaqlanan 1984-cü il təvəllüdlü Amonov Yaqub Ozan oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı ona sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

    Yaralı əməliyyat olunub.

    Hadisənin təfərrüatı araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər