Bakıda fəlsəfə doktorunun gəlini özünü binadan atdı

Bakıda fəlsəfə doktorunun gəlini özünü binadan atdı
  • Hadisə

  • Bakıda intihar hadisəsi olub.

    LEQAL.AZ  “lent.az”a istinadən xəbər verir ki, hadisə avqustun 22-də paytaxtın Xətai rayonunda qeydə alınıb. 31 yaşlı Nəbizadə Turan Məmmədəli qızı özünü yaşadığı binanın 6-cı mərtəbəsindən ataraq həyatına son qoyub.

    2 uşaq anası olan qadının 10 ildir ailəli olduğu bildirilir.

    Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

    Qeyd edək ki, Turanın qayınatası alim, Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyevdir.

    Mərhumun valideynləri isə Rusiyada yaşayır.

    Hazırda faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər