DİN: Son iki gündə 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

DİN: Son iki gündə 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
  • Hadisə

  • 21 və 22 avqust tarixlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

    DİN-in mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
    Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər