Rusiyanın paytaxtı Moskvanın Kotelniki bölgəsindəki məsciddə təxminən 600 müsəlman polis tərəfindən saxlanılıb.
LEQAL.AZ xəbər verir ki, bunu TASS-a açıqlamasında vəkil Lidiya Anosova deyib.
O bildirib ki, saxlanılan şəxslər polis maşınları ilə Lyubertsı Polis Şöbəsinə aparılıb:
“Bu şəxslərin kimlikləri yoxlanılır. Hələlik heç bir ittiham yoxdur. Polis onlara qanunauyğun davranır”./qafqazinfo