Cəbrayılda müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.
LEQAL.AZ "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1645 nəfərə çatıb.
Tapılan 3 meyit şəxsiyyəti müəyyənləşdirilmək üçün məhkəmə tibbi ekspertizasına göndərilib.