“Vestnik Kavkaza” bir neçə gün öncə 12 min 24 azərbaycanlının tezliklə Xankəndinə qayıdacağı barədə məlumat yaymışdı. Bu məlumatı da bəzi erməni mətbuatı tirajlamışdı. Amma nəyə görəsə bu xəbər həm Ermənistanda, həm də Qarabağ erməniləri arasında şok effekti yaradıb. Bu informasiyanın təkzibi üçün müəyyən səylər olub. Arayik Arutyunyanın sözçüsü Vaqam Poqosyan isə daha orijinal addım atıb. O, erməniləri bu mətbu orqanı boykot etməyə, İrəvan mətbuatını isə “Vestnik Kavkaza” portalına istinad etməməyə çağırıb.
konkret.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” bəyanat yayıb. Bəyanatda deyilir ki, “Yerli əhalinin Xankəndinə və digər Azərbaycan şəhərlərinə qayıtması birbaşa 10 noyabr bəyannaməsində öz əksini tapıb. Lakin Ermənistan və Qarabağdakı qurama qurum hər vasitə ilə anlaşmanı pozmaq istəyir. Bunu dilə gətirənləri isə milli düşmən elan edirlər. Belə dar düşüncəli insanlardan bir də Arayik Arutyunyanın sözçüsü Vaqam Poqosyandır. O bu gün Ermənistan mətbuatına ”Vestnik Kavkaza”ya istinadən heç bir məlumat yaymamağa göstəriş verib. Hətta erməni mediasında məsul olanları mümkün qədər bu nəşri oxumamağa çağırıb. Bu barədə məlumat “Sputnik Armenia” agentliyi tərəfindən yayılıb”.
Bəyanatda daha sonra deyilir ki, ”Vestnik Kavkaza” yayılan məlumatlar rəsmi mənbələrdən götürülüb. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesabatında deyilir ki, hazırda 12.024 Azərbaycan vətəndaşı Xankəndində qeydiyyatdadır. Və Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli Bəyanatının 7-ci bəndinə uyğun olaraq həmin adamların doğulduqları şəhərə qayıtmaq hüququna malikdirlər. “Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qaytarılır”, – deyə sülh anlaşmasında yazılır.
Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, “bu sənəd təxminən 30 illik dondurulmuş münaqişədən sonra bölgədə sülhün hökmranlığı üçün açardır. Bəyanat Azərbaycan və Ermənistan əhalisinin maraqlarına tam cavab verir. Həmişə burada yaşamış insanlara yenidən öz evlərinə qayıtmaq imkanı verir. Bu şərtlər etnik mənsubiyyətindən və dini inanclarından asılı olmayaraq insanların yenidən bir-birlərilə dinc, təhlükəsiz bir həyat yaşamalarına imkan verir. Ermənistandakı müxalifət razılaşmaların əldə olunması ilə bağlı vəziyyət barədə fərziyyə yürütməyə çalışır. Şübhəsiz ki, hər şeyin belə bitdiyindən inciyən insanlar var”.
Bəayanatda daha sonra deyilir: ”Bu məsələdə altı ildir qlobal media bazarında olan “Sputnik Armenia” xəbər agentliyinin sərgilədiyi mövqe də anlaşılan deyil. “Sputnik başqalarının susduqlarını söyləyir” şüarını özünə deviz edən Agentlik bəs niyə ideallarına qarşı çıxır? Anlaşmanın və Rusiya rəhbərliyinin mövqeyinin əksinə olaraq bu Agentlik davamlı şəkildə Qarabağa “Dağlıq Qarabağ Respublikası” və Arayik Arutyunyana isə “prezident” kimi xitab edir. Halbuki Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan etdi ki, “Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın ərazisidir”. Bu gün Prezident yenidən Rusiya Federasiyasının rəsmi mövqeyini xatırlatdı: “Uzun illərdir ki, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılması və Dağlıq Qarabağın statusunun gələcəyə köçürülməsi şərtindən irəli gedə bildik.”
Bununla belə, “Sputnik” Ermənistanın da daxil olmaqla dünyada heç bir dövlətin tanımadığı varlığın həm statusunu, həm də liderlərini müəyyənləşdirir. Bu tip saxtakarlar usanmadan “Vestnik Kavkaza”nı yalan məlumatlar yaymaqda günahlandırır. Amma qoy “Sputnik” unutmasın ki, “Vestnik Kavkaza” Rusiyanın bir federal xəbər agentliyidir. Və hər zaman həqiqətin yanında dayanır, yalnız təsdiqlənmiş məlumatları yayır. Sonda “Sputnik”ə bir xatırlatma edək ki, bu agentlik Rusiya Federasiyasının bir layihəsidir. Bəs onda niyə Rusiya qanunlarını pozaraq saxta məlumatlar yayır?”