Xocavənd rayonunda və digər ərazilərdə aparılan axtarışlar zamanı ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 6 erməni hərbçinin meyiti aşkarlanıb.
Bu barədə LEQAL.AZ Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, ölənlərin hamısı hərbi qulluqçulardır. Meyitlərin ekspertizasından sonra onların şəxsiyyəti müəyyənləşdiriləcək.
Bununla da Qarabağ və digər ərazilərdə aşkarlanmış itkin erməni hərbçilərin meyitlərinin sayı 1 496-ya çatıb.
Qeyd edək ki, bu göstərici yalnız müharibə zamanı itkin erməni düşmüş hərbçilərin saynı əks etdirir. Müharibənin başa çatmasından 4 ay keçməsinə baxmayaraq, Ermənistanın Müdafiə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərin sayını bu günə qədər açıqlamayıb.(report)